“Ermənilər Brüssel görüşü ərəfəsində təxribatlar törədə bilər. Bu ehtimal yüksəkdir. Ermənistandan əslində hər cür təxribat gözləmək də lazımdır”.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, son 30 ildə ermənilər daima təxribatla məşğul olub: “Nəzərə alın ki, mən vaxtı ilə Qarabağ Komitəsində çalışmışam, Xankəndində olmuşam. Ermənilər bütün görüşlərə hazır təxribat konspektləri ilə gəlir. Bunu yenə də edəcəklər”.
Cümşüd Nuriyevin ehtimallarına görə, erməni təxribatı Azərbaycan-Ermənistan dövlət sərhədində və ya rus sülhməramlıların nəzarətində olan ərazidə ola bilər: “Mümkündür ki, Xankəndində də nəsə etsinlər. Hər halda Bayramov-Mirzoyan görüşü öncəsi böyük erməni deputat heyətini Xankəndinə göndərməklə onlar belə təxribat həyata keçirdi. Bu dəfə də eyni hallar istisna edilməməlidir. Mən ermənilərdən hər cür təxribat gözləyirəm”.
Politoloq deyib ki, Azərbaycanın digər bölgələrində erməni təxribatını gözləmir:
“Heç kəs təxribatdan sığortalanmayıb. Bu arada biz çox ehtiyatlı olmalıyıq. Həm dövlət, həm də ictimai səviyyədə. Həmçinin siyasi partiyalar səviyyəsində. Bunu nəzərə almaq lazımdır”.