6 Dekabr 2021 18:25
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hesab edirəm ki, belə görüşlərin keçirilməsinə normal yanaşmaq lazımdır. Çünki Avropa Birliyi (AB) də çalışır ki, Cənubi Qafqazdakı nizamlanma posesində iştirak etsin, bu regionda öz rolunu gücləndirsin. Bu mənada görüşün təşkilinin sadəcə formal xarakter daşıdığını demək doğru olmazdı. Sözsüz ki, Brüssel görüşündə hansısa məsələlər müzakirə olunacaq. Soçi görüşünü nəzərə alsaq, ehtimal edə bilərik ki, Brsseldə daha çox regionda kommunikasiyaların açılması məsələsi gündəmdə olacaq”.

Bunu Teleqraf.com-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

O əlavə edib ki, Brüsseldə "status" məsələsinin gündəmə gəlməsini gözləmir:

“Düşünmürəm ki, belə bir mövzu Brüsseldə müzakirə edilə bilər. Hərbi əsir adlandırılan təxribatçılar mövzusunda müəyyən irəliləyiş var. Azərbaycan tərəfi 10 təxribaçını geri qaytarıb. Bu da mümkündür ki, əsirlər və təxribatçılar məsələsinin gündəmə gəlməməsinə səbəb olacaq. Daha çox kommunikasiyaların açılması məsələsi olacaq. Avropa ölkələri də bu prosesdə daha çox maraqlıdır”.

Qulamhüseyn Əlibəyli bildirib ki, Avropa Birliyinin bu cür təşəbbüslərinə yalnız regionda Qərb-Rusiya rəqabəti kimi baxmaq doğru olmazdı:

"Avropa Birliyi tam Qərb demək deyil. Bir çox hallarda Avropa ilə ABŞ-ın maraqları üst-üstə düşmür. Həmçinin Rusiya, ABŞ və Avropa Birliyinin maraqlarının bizim regionda üst-üstə düşməməsi onların hər birini ayrılıqda fəaliyyətə gətirir. Bütövlükdə belə təşəbbüslərə Qərb-Rusiya konfrantasiyası konteksində deyil, həmin ölkələrin regionda maraqlarının toqquşması konteksində yanaşmaq lazımdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər