8 Dekabr 2021 11:48
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının qeyri-şərtsiz azadlığa buraxılması və Ermənistana qaytarılması tələbi ilə çıxış etmişdi”.

Teleqraf.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

"Qeyd edim ki, Ermənistanın qaldırdığı bir neçə vəsatəti var idisə, ən əsası da bu idi. Oktyabr ayında keçirilən dinləmələr zamanı Ermənistanın nümayəndəsi və vəkilləri onlara ayrılmış vaxtın demək olar ki, mütləq əksəriyyətini bu mözuya həsr etmişdi. Bu da təsadüfü deyil. Bilirsiz ki, Ermənistanın siyasi gündəliyində uzun müddətdir ki, bu şəxslərin Ermənistana qaytarılması bir nömrəli məsələdir.

"Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsində qaldırdıqları tələbi bununla əsaslandırmağa çalışırdı ki, erməniəsilli şəxslərə qarşı Azərbaycanda irəli sürülən iddialar saxtadır. Həmin şəxslər məhz erməni olduğuna görə Azərbaycanda saxlanılır. Bu məntiqdən irəli gələn məsələ etnik nifrət siyasətidir. Ona görə də koalisiya çərçivəsində məsələ qaldırmışdı. Keçirilən yerli məhkəmələr də formal xarakter daşıyır. Tərəfimizdən məsələ ilə bağlı saxlanılan şəxslərə qarşı irəli sürülən bütün ittiham aktları, onların əsasında duran faktlar, çıxarılan məhkəmə hökmləri izahlı şəkildə beynəlxalq məhkəməyə təqdim edilib. Nəticədə beynəlxalq məhkəmə Ermənistanın Azərbaycana qarşı builki mərhələdə qaldırdığı əsas vəsatəti təmamilə rədd edib. Ermənistan bu mərhələdə əsas məqsədinə və Azərbaycana qarşı siyasi xal qazanmağa nail ola bilmədi", - o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər