Dekabrın 10-da Moskvada keçiriləcək “3+3” formatlı iclasda Gürcüstan təmsil olunmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Xarici İşlər Nazirliyi bir neçə dəfə “3+3” regional əməkdaşlıq təşəbbüsü ilə bağlı dəqiq mövqe müəyyən edib, o cümlədən son parlament dinləmələrində xarici işlər naziri bu barədə danışıb.Biz bu formatda iştirak etməyi düşünmürük, müvafiq olaraq, Gürcüstan bu il dekabrın 10-na planlaşdırılan iclasda təmsil olunmayacaq”, - nazirlik bildirib.
“3+3” formatında əməkdaşlıq platformasının ilk iclası sabah Moskvada keçiriləcək. Moskva görüşündə Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin müavinləri iştirak edəcək.