10 Dekabr 2021 13:18
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında Ordumuzun qazandığı tarixi qələbənin yekununda 2020-ci ilin dekabrın 10-da “Azadlıq” meydanında keçirilən hərbi parad Azərbaycan tarixinin ən şərəfli anlarından biridir. Bu, bizim yüzilliklər tariximizdə keçirilən ilk qələbə paradıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Professor bildirib ki, bu parad bütün dünyaya həm Azərbaycanın müharibədə qazandığı qələbəni, həm də hərbi qüdrətimizi göstərdi: “Hərbi parad bir daha təsdiq etdi ki, millətimizin inkişafının, tərəqqisinin, qarşıya qoyduğu məqsədə nail olmasının təməlində təbii sabitlik, güclü iqtisadiyyat, güclü ordu, güclü dövlət, milli birlik və qüdrətli dövlət rəhbəri amili dayanır”.

Millət vəkili hesab edir ki, Qələbənin baş memarı heç şübhəsiz, cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər