Düşünsək ki, erməni deputatlar və silahlı qüvələri Ermənistan baş naziri Nikol Paşinyanın sözünə baxmır. Bu səhv düşüncə olar. Elə Paşinyanın başçılığı ilə təxribatlar və dağıdıcı meyillər müşahidə edilir. Əgər erməni baş nazir 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il bəıyanatlarını və 26-ı noyabr 2021-ci ildə Soçi görüşündəki imzalanan sənədləri, verilən bəyanatları, icra etmiş olsaydı bu proseslər daha sürətli həllini tapardı
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, son baş verən hadisələr bir sıra mühüm məsələləri gündəmə gətirir: “Bu təxribatları törədən ermənilərdir. Onlara Paşinyan və qeyrisinin rəhbərlik etməsinin heç bir əhəmiyyəti yoxdur. Xəstə xəyallardan və illuziyalardan qurtulmayınca, erməni cəmiyyətindən proseslərə doğru-düzgün yanaşma gözləmək sadəlövlük olacaq. Bunun əksi olsaydı indi proseslər başqa səmtdə inkişaf edərdi”.
Millət vəkili hesab edir ki, erməni parlamentinin üzvlərinin Xankəndinə gəlməsi yolverilməzdir: “Erməni deputatların Azərbaycan ərazisində nə işi var? Azərbaycandan hansısa bir deputat Ermənistan ərazisinə qanunsuz şəkildə keçmiş olsa, buna hansı reaksiyanın veriləcəyini yəqin ki, hamı təsəvvür edir. Ona görə də indiki məqamda həmin şəxslərin Xankəndinə hansı şəraitdə gəlməsi də suallar yaradır. Bütün bunlar Azərbaycana daha sərt və təsiredici addımlar atmağa əsas yaradacaq”.