11 Dekabr 2021 16:53
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyə Prezidentlərinin eyni zamanda, Rusiya Prezidenti tərəfindən böyük dəstək alan “3+3” formatında Moskvada keçirilən görüş mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, bu platforma İran tərəfindən də dəstəklənib. Bu mənada Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi məsələlərinə həsr olunmuş “3+3” formatında əməkdaşlıq platformasının ilk iclası qarşıya qoyulan hədəflərin aydınlaşması baxımında önəmlidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkilinə görə, bu formatın region üçün mühüm müsbət cəhətləri var: “Məhz bu format imkan verəcək ki, regionun bütün problemlərini öz səylərimizlə həll edək. ATƏT-in Minsk qrupu nümunəsi də göstərdi ki, regiona daxil olmayan ölkələrin gündəliyində Qarabağ münaqişəsinin həlli axırıncı yerdə dayanırdı Bu fakt həmçinin regionun digər problemli məsələlərinə də aiddir”.

Deputatın fikrincə, bu format Türkiyə ilə Ermənistan arasında problemlərin həlli üçün effektiv platformaya çevrilə bilər: “Ona görə də bu platformanı gözdən salmaq üçün aparılan paralellər əhəmiyyətsizdir. Çünki bu gün Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələri aktiv fazaya keçməlidir. Nəticədə isə region inteqrasiya olunmuş vahid kimi beynəlxalq ticarət və nəqliyyat kommunikasiyaları şəbəkəsinə qoşulmaq imkanı qazanacaq”.

Azər Badamova hesab edir ki, “3+3” platformasının məqsədi Cənubi Qafqazı ziddiyyətlər regionundan ticari-iqtisadi əməkdaşlıq məkanına, Avrasiyada nəqliyyat mərkəzinə çevirməkdir:

“Bu, həmçinin regionumuza revanşizmə və yeni müharibələrə qarşı müəyyən immunitet verəcək. Ermənistan üzərindən “Zəngəzur dəhlizi”nin yaradılması, Azərbaycan ərazisindən keçəcək “Şimal-Cənub” layihəsinin reallaşdırılması Cənubi Qafqaz regionunun qlobal nəqliyyat və logistika sahəsində beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edəcək və son nəticədə hər üç ölkəyə dividentlər gətirəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər