11 Dekabr 2021 14:57
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Monitorinq komitəsinin iclasında iştirak etmək üçün dekabrın 13-də Fransanın paytaxtı Parisə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, AŞ PA-nın Monitorinq komitəsində qurumun monitorinq proseduruna dair, bir sıra üzv ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə baxılacaq, komitənin növbəti iclasının yeri və vaxtı müəyyən ediləcək.

Milli Məclisin komitə sədri Səməd Seyidov müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər