11 Dekabr 2021 22:14
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Ermənistan ilə sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlamağa hazırdır".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya- "Stratcom 21" Sammitindən sonra “Haber Global”a müsahibəsində bildirib.

"Rusiya bu prosesdə məşvərətçi qismində çıxış etmək istəyini ifadə edib. Amma bu prosesin baş verməsi və uğurlu alınması üçün Ermənistanın ciddi şəkildə düşünməsi və pozitiv addımlar atmasına ehtiyac var", - Prezidentin köməkçisi qeyd edib.

H.Hacıyev vurğulayıb ki, insanların böyük sevinclə, güvənli bir şəkildə öz doğma torpaqlarına qayıtması və orada yaşaması Qarabağ savaş səhifəsinin qapanması üçün vacibdir:

"Təəssüf ki, bu gün də minalardan nə qədər insanlar ölür. Bu da Ermənistanın Azərbaycana qarşı vandalizminin, savaş siyasətinin davamı kimi qiymətləndirilə bilər. Bu minalar qəsdən basdırılıb və məqsəd günahsız insanların ölümünə səbəb olmaq, eləcə də öz evlərinə geri dönməsinə mane olmaqdır".

"Nə zaman ki pozitiv bir dinamika olduğu təqdirdə, onlar hərbi və ya siyasi təxribat törədərək bunun qarşısını almağa çalışırlar. Azərbaycan Ermənistanın bütün bu təxribatlarının qarşısını alacaq və cavabını verəcək", - H.Hacıyev deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər