13 Dekabr 2021 19:14
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dekabrın 14-də Brüsseldə Nikol Paşinyan və İlham Əliyevlə görüşəcək.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Aİ-nin yüksək rütbəli nümayəndəsi bildirib.

“Avropa İttifaqı Şurasının prezidenti sabah Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti ilə ikitərəfli görüşlər keçirəcək. Sabah axşam o, onlarla üçtərəfli görüş də keçirəcək”, - o bildirib.

Dekabrın 15-də Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığı sammiti keçiriləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər