Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, iclasa spiker Sahibə Qafarova sədrlik edir.
Milli Məclis sədri Türkiyəyə səfəri haqqında məlumat verib. Sahibə Qafarova deyib ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında iştirak etmək üçün İstanbula səfər edib. İttifaqın açılış mərasimində çıxış edib.
Çıxışı zamanı spiker islamafobiyanın ciddi problem olduğunu, islam ölkələri arasında dialoq və həmrəyliyə ehtiyac olduğunu diqqət çəkib.
Bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad edib, Ermənistan işğal etdiyi ərazilərimizdə şəhər və qəsəbələri məhv edib.
Xüsusilə, bu ərazilərdəki 65 məsciddən 25-i tmamilə məhv edilib.
Spiker həmçinin qeyd edib ki, işğaldan azad edilən ərazilərdə Azərbaycan böyük bərpa və yenidən qurulması işlərini həyata keçirir.
Spiker səfər çərçivəsində Türkiyə parlaentinin sədri ilə müzakirələr aparıb.