14 Dekabr 2021 11:16
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 13-də Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə işgüzar səfərə gedib.

Teleqraf.com-un məlumatına görə, səfər çərçivəsində bu gün Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə ikitərəfli görüşü olacaq. Daha sonra isə Ş.Mişelin iştirakı ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş nəzərdə tutulub.

Qeyd edək ki, səfər çərçivəsində bu gün həmçinin NATO-nun mənzil qərargahında Prezident İlham Əliyevlə təşkilatın baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Prezident NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasının iclasında iştirak edəcək. Görüş "NATO+Azərbaycan" formatında keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər