“Təşəkkür edirəm ki, Elşən Musayev bu məsələni qaldırdı. Mən əslində bu haqda komitə sədrlərinə demişdim. İndi sizin də nəzərinə çatdırım. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin bir neçə saytda müsahibəsi gedib. Həmin müsahibənin bir hissəsində deputatlar qanunsuz fəaliyyətdə və fırıldaqçılıqda günahlandırılıb”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı spiker Sahibə Qafarova deyib.
Sahibə Qafarova əlavə edib ki, Səfər Mehdiyev mənə zəng açıb: “O qeyd etdi ki, həmin müsahibədə fikirləri düzgün ifadə edilməyib. Əslində o, deputatları deyil, məmurları nəzərdə tutub”.