14 Dekabr 2021 11:47
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Azərbaycanda 150 nəfərlik toyların keçirilməsinə icazə verilir. Operativ Qərargah və müvafiq dövlət orqanları COVID-19 virusunu nəzarət altında saxlaya bilir. Digər tərəfdən insanlar özləri də məsuliyyətli olub və qorunur”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, vətəndaşlar ona yasların da keçirilməsinə icazə verilməsi üçün müraciət edir: “Hüzrü düşən adam həyətində başsağlıqlarını qəbul etmək üçün incidilməsin. Elə rayonlar var ki, qaydaları bir az yumşaq tətbiq edir, elə rayon və şəhərlər də var ki, daha sərtdir. Nə fərqi var, məclis məclisdir, qoy yas məclislərinin keçirilməsinə 100-150 nəfər civarında icazə verilsin. Operativ Qərargahdan bu məsələyə operativ baxmağı xahiş edirəm. Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur. Onsuz da qadınlar evlərdə yığışıb yas edir və bunun qarşısını almaq mümkün deyil. Kişilər isə qayda-qanunlara daha uyğun hərəkət edə və məsafə saxlaya bilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər