14 Dekabr 2021 12:52
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyanın on ölkəsinin vətəndaşları Azərbaycana vizasız gələ bilirlər”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında “Turizm haqqında” qanunun müzakirəsində bildirib.

Komitə sədri deyib ki, Azərbaycanda beynəlxalq səviyyəli hava limanları olsa da, onlardan səmərəli istifadə edilmir: “Hazırda qüvvədə olan “Turizm haqqında” qanun standartlara cavab vermir. Onun üçün yeni qanun layihəsi hazırlanıb”.

Deputa Razi Nurullayev deyib ki, turist və insanları mədəni yerlərə cəlb etməliyik: “Eləcə də şəhərimizdə piknik yerləri qurulmalıdır. Rayonlarda 5-6 hektar ayırıb piknik yerləri qurmaq olar. Bu da olar kasıbların bağ evi. Həmçinin rayonlarda olan turizm obyektləri ildə bir neçə ay işləyir, qalan aylarda isə onu saxlamaq üçün xərc çəkir. Həmçinin bir çox restoran və kafelərdə xarici turistlərə qiymət oxuyurlar. Turistlərə pul kisəsi kimi baxmaq olmaz. Bu ölkəmizi gözdən salmaqdır”.

Deputat Əli Məsimli bildirib ki, qeyri-neft sektorunun inkişafında turizm sahəsi böyük rola malikdir: “Yeni qanun daha çox ümumi xarakter daşıyır. Bunun əsasında Qarabağın turizm potensialından daha yaxşı inkişaf etdirilməsi mümkündür. Şəxsi fikrimdir ki, əsas prioritet Azərbaycanın tarixini, mədəni abidlərini dünyaya tanıtmaq üçün işlər genişlənməlidir. Bizdə elə obyektlər var ki, dünya miqyasında tanınır. Bunu inkişaf etdirmək lazımdır. Dünyada 11 iqlimdən 9-nun Azərbaycanda olmasına baxmayaraq turizm zəifdir. Məncə, biz Rəqabət Məcəlləsini işə salmalıyıq”.

Qeyd edək ki, müzakirələrdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də iştirak edir.


Müəllif: Nemət

Oxşar xəbərlər