14 Dekabr 2021 15:26
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Büdcə sistemi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, dəyişikliklə dövlət büdcəsinin qənaət edilmiş bütün vəsaitlərinin büdcənin Ehtiyat Fonduna yönəldilməsi təklif olunur.

Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, bu məsələ Palatanın rəy və təhlillərində dəfələrlə şərh edilməklə, birdəfəlik təyinatlı xərclər anlayışının, istifadə istiqamətlərinin, limitlərin müəyyən edilməsi təklif edilib. Qənaət edilmiş bütün büdcə vəsaitlərinin ehtiyat fonduna yönəldilməsi büdcənin etibarlılığı, şəffaflığı və hesabatlılığı baxımından məqbul deyil. Belə ki, hazırda xərclərin icra vəziyyətinə birdəfəlik təyinatlı xərclər üzrə yaranmış qənaət məbləğlərinin yerdəyişməsi təsir göstərirsə, dəyişiklik qəbul edildiyi təqdirdə bütün xərclər üzrə qənaət məbləğləri Ehtiyat Fonduna yönəldilə biləcək ki, bu icra prosesində parlamentdən kənar dəyişiklik məbləğlərinin artımına və təsdiq edilmiş dövlət büdcəsinin parametrləri ilə müqayisədə əhəmiyyətli kənarlaşmalara səbəb ola bilər.

Deputat Ziyad Səmədzadə deputatları qanun layihəsinə səs verməyə dəvət edib. O bildirib ki, keçid dövründə müxtəlif iqtisadi gedişlər edilib: “Hesab edirəm ki, qanun müasir dövrün tələblərinə cavab verir”.


Müəllif: Nemət

Oxşar xəbərlər