14 Dekabr 2021 16:00
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Media haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.

Teleqraf.com-un məlumatına görə, spiker Sahibə Qafarova deyib ki, qanun medianın inkişafına stimul veriləcək.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, qanun ictimai müzakirədən keçib: “32 media rəhbəri bu müzakirələrə qatılıb. Bəşəriyyət tarixində KİV-in insanlara təsiri heç vaxt indiki qədər olmayıb. Qlobal media mühiti kəskin dəyişir.

Azad mətbuat əleyhinə gizli və açıq qadağa nəzərdə tutulmayıb. 14-cü maddənin təsir dairəsinə aid olan məsələ indiyə qədər müxtəlif qanunlarda olub. Burada istək medianın bir əldə cəmləməyə xidmət etmir.

İnternet televiziyalar fəaliyyətini davam etdirəcək, burada hər hansı qadağa yoxdur. Dövlət media peşəkarlığının artırılması üçün addımlar atır. KİV haqqında qanun son 29 ildə 79 dəfə dəyişikliyə uğrayıb. Yeni qanun qəbul edildikdə bu qanun qüvvədən düşəcək”.

Hazırda müzakirələr davam edir.


Müəllif: Nemət

Oxşar xəbərlər