"Azərbaycan regionda sülhün bərqərar olmasına sadiqdir və Ermənistanla sülh sazişi üzərində işə başlamağa hazırdır".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Dövlət başçısının sözlərinə görə, görüş zamanı Cənubi Qafqazda müharibədən sonrakı vəziyyət müzakirə olunub.
"Azərbaycan sülhə sadiqdir. Biz fəal dialoq qurmağa və yenidən qonşu olmağı öyrənməyə hazırıq", - deyən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan xoşməramlı olarsa, Azərbaycan sülh sazişi üzərində işə başlamağa hazırdır.