15 Dekabr 2021 18:55
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 15-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Qazaxıstanla parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayeva Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Qənirə Paşayeva Qazaxıstanın dövlət müstəqilliyinin 30 illiyi münasibətilə təbriklərini çatdırıb. Ölkələrimiz arasında formalaşmış qardaşlıq münasibətlərində Ümummilli lider Heydər Əliyevin və Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevin dostluq münasibətlərinin rolundan danışan komitə sədri bu siyasətin indi də dövlət başçıları tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Qənirə Paşayeva Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verdiyini diqqətə çatdırıb, Azərbaycan və Qazaxıstan parlamentlərarası əlaqələrinin inkişaf perspektivlərindən danışıb.

Söhbət zamanı hər iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin səviyyəsindən, parlament dostluq qruplarının fəaliyyətindən məmnunluq ifadə olunub.

Azərbaycanla Qazaxıstan arasında müxtəlif platformalarda və sahələrdə əməkdaşlığın getdikcə daha da artdığını qeyd edən komitə sədri bu istiqamətdə görülən önəmli işlərdən və layihələrdən söz açıb.

Səfir Serjan Abdıkərimov Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərə görə təbriklərini çatdırıb. Diplomat Zəfərdən ötən müddət ərzində keçirilən görüşlərdə, imzalanan sənədlərdə əldə olunan razılaşmaların Azərbaycanın haqlı mövqeyini bir daha təsdiqlədiyini bildirib. Bölgədə kommunikasiya əlaqələrinin açılmasından, Zəngəzur dəhlizi ilə bağlı görülən işlərdən, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı bərpa-quruculuq işlərindən təqdirlə söz açıb.

Görüşdə mədəni, humanitar, o cümlədən ədəbi əlaqələrin inkişaf etdirilməsi, turizm sahəsində əməkdaşlığın gücləndirlməsi ilə bağlı fikirlər səsləndirilib, bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edilib və tərəfləri maraqlandıran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər