16 Dekabr 2021 11:13
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Dövlət Miqrasiya Xidməti ilə Ukraynanın Dövlət Miqrasiya Xidməti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Teleqraf.com xəbər verir ki, hər iki ölkənin müvafiq dövlət qurumu miqrasiya sahəsində əməkdaşlığa dair onlayn formatda Anlaşma Memorandumu imzalayıb.

Sənədi Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov və Ukrayna Dövlət Miqrasiya Xidmətinin sədri Nataliya Naumenko imzalayıblar.

Memorandum iki dövlətin miqrasiya, sığınacaq və vətəndaşlıq sahəsində əməkdaşlığın hüquqi bazasını genişləndirməklə, miqrasiya proseslərinin tənzimlənməsini, sığınacaq sahəsində institusional əlaqələrin inkişafını, məlumat mübadiləsinin intensivləşdirilməsini, qabaqcıl təcrübə mübadiləsi istiqamətində fəaliyyəti özündə ehtiva edir.

Anlaşma Memorandumunun imzalanması tədbirində həmçinin mümkün əməkdaşlıq məsələlərinə toxunulub, birgə fəaliyyətin Azərbaycanda yaradılması nəzərdə tutulan Miqrasiya üzrə Regional Təlim Mərkəzinin işinə töhfə verəcəyi qeyd edilib.

Onlayn təşkil olunan tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi, DMX-nin aidiyyəti idarələrinin əməkdaşları və Ukraynanın Azərbaycandakı Səfirliyinin nümayəndələri iştirak ediblər.


Müəllif: Nemət

Oxşar xəbərlər