Dünən Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə görüşən Fransa Prezidenti Emmanuel Makron Feysbuk hesabında Azərbaycan dilində paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Makron görüşdə iki ölkənin lideri ilə Ermənistan-Azərbaycan məsələsi ilə əlaqədar həll yollarını müzakirə etdiklərini bildirib.
“Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik”, - Fransa prezidenti deyib.
Makronun digər paylaşımında həm erməni, həm də Azərbaycan dilində “Ermənistan-Azərbaycan birlikdə” ifadəsi də diqqət çəkib.