Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin (ADQC) İdarə Heyətinin genişləndirilmiş tərkibdə iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda indiki Ermənistan Respublikası adlandırılan - Qərbi Azərbaycandan Azərbaycan türklərinin sonuncu deportasiya aktının 33-cü ildönümü ətrafında müzakirə və fikir mübadiləsi aparılıb.
Çıxışçılar indiki Ermənistan ərazisində yaşamış 100 minlərlə azərbaycanlının milli və etnik təmizləməyə məruz qalaraq öz ata-baba yurdlarından zor gücünə çıxarılmasını pisləyib, bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu bildirib və bu gerçəkliyi unutmamağın tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Daha sonra İdarə Heyəti təşkilati məsələlərə baxıb, bir sıra qərarlar qəbul edib.
Uzun illər səhiyyə sistemində işləmiş tanınmış ziyalı, Respublikanın əməkdar həkimi Pənah Əliyev, İqtisad universitetinin dosenti, fəlsəfə elmləri doktoru, Yazıçılar Birliyinin üzvü Cəlal Allahverdiyev və jurnalist Nemət Orucov yekdilliklə İdarə Heyətinin üzvü seçilib. Nemət Orucov eyni zamanda sədrin ictimaiyyətlə əlaqələr üzrə müavini təyin edilib.
Bundan başqa, Vilayət Rızayev Nərimanov, İntiqam Səfərli isə Abşeron rayon üzrə Deportasya Qurbanları Cəmiyyətinin sədri seçilib.