Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 126 ölkənin birgə sponsorluğu ilə COVID-19 əleyhinə vaksinlərə ədalətli çıxış haqqında qətnamə qəbul edib.
Bu barədə Teleqraf.com Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyinin tviter hesabına istinadən xəbər verir.
“Qoşulmama Hərəkatının Sədri Azərbaycan COVID-19-a qarşı mübarizəyə rəhbərlik etməyə davam edir”, - Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin sosial şəbəkədəki hesabında qeyd olunub.