18 Dekabr 2021 15:39
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Ermənistan münasibətlərində normallaşma prosesi başladığı vaxt Rusiyadan mövzu ilə bağlı yeni açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Rusiyadan Türkiyə ilə münasibətlərin normallaşdırılmasında vasitəçi rol oynamasını istədiyini təsdiqləyib.

Rusiyanın Türkiyə ilə bu məsələni müzakirə edib-etməməsi ilə bağlı suala Zaxarova belə cavab verib: “Təsdiq edə bilərəm ki, Ermənistan İrəvan və Ankara arasındakı münasibətləri dəstəkləmək üçün vasitəçi kimi bizə müraciət edib”.

Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib:

“Hər kəsə məlum olduğu kimi, Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün səy göstərir. Ölkəmiz gələcəkdə də bu məsələyə hər cür dəstəyi göstərməyə hazırdır. İnanırıq ki, bu prosesin başlanması bölgədəki xalqların yaxınlaşmasına, bu gün xüsusilə aktual olan qonşuluq və etimad mühitinin yaradılmasına mütləq töhfə verəcək”.

Zaxarova bu yöndəki gəlişmələrlə bağlı ictimaiyyətin məlumatlandırılacağını deyib: “Ancaq vəziyyətin həssaslığına görə danışıqlar prosesinə zərər verməyən məlumatlar təqdim edəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər