“İkinci oxunuşun tələblərinə uyğun olaraq onu qeyd etmək istəyirəm ki, burada qanunun ikinci maddəsində turizmin formaları və növləri qeyd olunur. Düşünürəm ki, Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, Azərbaycanda əyləncə və kazino turizmi inkişaf eləsin. Bu da bir turizm növü kimi bu qanuna daxil edilsin. Əgər kazinoların açılmasına icazə verilsə, həm qonşu Türkiyədən, İrandan, digər müsəlman ölkələrindən, xüsusilə də Yaxın Şərqdən, ərəb ölkələrindən çoxsaylı turst cəlb etmək mümkündür”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Millət vəkili deyib ki, bu məsələni dəfələrlə qaldırıb: “Məsələn, Rusiyada 4 bölgədə kazinoların yaradılmasına icazə verilib. Azərbaycanda da Qarabağda, Zəngəzurda belə bir kazinonun açılmasına imkan vermək olar. Yaxud keçmiş Nargin adası var. Bakıdan 10 kilometr məsafədə yerləşir. Təyyarə ilə Bakıya enəndə görürük ki, bu ada kifayət qədər böyük bir ərazidir. 1,4 kvadratkilometrlik ərazi olsa da, tam istifadəsiz qalıb. Xaricdən investorlar cəlb edib, orada kazinoların açılmasına imkan yaratmaq olar. Bundan başqa mən onu da qeyd etmək istəyirəm ki, qanunların qəbul olunması ilə əlbəttə biz bu sahədə ciddi normalar tətbiq etməklə nizam intizam yaratmalı, münasibətləri tənzimləməliyik. Amma Azərbaycana turist axınını cəlb etmək üçün xidmət sferası, burada işin təşkili, xidmətin səviyyəsi yüksəldilməldiir. Bunun üçün də həmin xidmət sferasında çalışan şəxslər ingilis dilini bilməlidirlər.
Azərbaycanda rus dii geniş yayılıb. Bundan istifadə edərək vətəndaşlarımız keçmiş sovet respublikalarının vətəndaşları ilə sərbəst ünsiyyət qura bilirlər. Əlbəttə bu alqışlanmalı, təqdir olunmalıdır. Hazırda təhsil naziri Emin Əmrullayev nazirlik sistemində həqiqətən də təhsilin keyfiyyətinin yüksəldilməsi üçün xeyli işlər görür. Bunu qiymətləndirmək lazımdır. Amma xarici dillərin öyrədilməsi yetərli deyil. Bunun üçün xüsusi dövlət proqramı qəbul olunmalıdır. Xüsusilə də ingilis dilinin öyrənilməsi üçün xüsusi dövlət proqramı qəbul olunmaldır ki, biz bunun vasitəsilə həm turistlər cəlb edək, həm də dünya elminə, mdəniyyətinə çıxış əldə etmək imkanlarımız olsun. Bir də bu xidmətlərə görə, insanalar çox gileylənirlər. Mənim şəxsən təmasda olduğum şəxslər var. Xidmətlərin həddindən artıq baha olması ilə bağlı narazılıq edirlər. Biz özümüz rayonlara gedirik. Rayonlarda qiymətlər bir çox hallarda Bakı şəhərindən daha yüksəkdir. Yəni burada da turzim agentliyi digər dövlət orqanları ilə əlaqəli işləməlidir. Biz çalışmalıyıq ki, Vergilər deportamenti ilə də iş düzgün qurulsun, qiymətlər aşağı salınsın. Bu qiymətlərlə nə xaricilər Azərbaycana gəlməyəcək, nə də daxili turizmi inkişaf etdirmək mümkün olmayacaq. İnsanlar evlərində oturub bozbaş yeməyə daha çox üstünlük verəcəkər”.