“Ötən müzakirələrdə həmkarın Əli Məsimli pandemiya dövründə 327 min şəxsin işdən çıxması ilə bağlı məlumat verdi. Amma mən də bildirim ki, 387 min insan isə işə qəbul olunub. Yəni bizdə əmək bazarı dinamikdir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə komitə sədri Musa Quliyev “Məşğulluq haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edərkən deyib.
Komitə sədri əlavə edib ki, işdən çıxanların bir hissəsi ola bilsin daha yaxşı işə gediblər: “Heç kəs onların məcburi yolla ərizə yazdırılaraq işdən çıxarıldığnı deyə bilməz. Vətəndaşlar üçün belə hal olubsa, AHİK var, qurumlar var. Onlar öz hüquqlarından istifadə edə bilər”.
Musa Quliyev deyib ki, pandemiya dövründə 8800-dən çox iş yeri bağlanıb, bunlarından 15 mindən çoxu iaşə yeridir:
“İaşə yerləri də əsasən turizmlə bağlıdır. Amma daxili turizm hesabına yeni iş yerləri də açılıb. Son 3 ildə əmək müqavilələrinin bağlanması halları 30 % yüksəlib. Bu da əməkhaqqı fondunun artmasına səbəb olun”.