20 Dekabr 2021 15:57
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Media haqqında” qanun layihəsini ikinci oxunuşdan müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, layihəni İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edib.

Komitə sədri qanun layihəsinin geniş ictimai müzakirəsinə şərait yaratdığına görə, spiker Qafarovaya təşəkkür edib. Əlavə edib ki, bu qanunun qəbulu 2021-ci ilin uğurlu işi kimi tarixdə qalacaq.

Komitə sədri deyib ki, dekabrın 10-da parlamentdə iki komitənin birgə iştirakı ilə 50-yə qədər, ümumilikdə 108 media subyektinin iştirakı ilə ictimai müzakirələr keçirilib: “Həmçinin komitə sədrləri və işçi qruplar arasında səmərəli müzakirələr olub. Ümumilikdə 50 nəfərdən çox mütəxəssis bu mövzuda çıxış edib.

Media agentliyi media subyektlərində mübahisəyə səbəb olan məqamlarla bağlı açıqlama yaydı, buna diqqət etdi.
“Media haqqında” qanun geniş ictimai müzakirədən keçib.

Uzun müddət dövlətin media siyasətinə qarşı çıxan siyasiləşmiş qrupları da görürük. Onlar müasir çağırışlara uyğunlaşmaqda çətinlik çəkirlər.

Qeyd edək ki, hazırda müzakirə davam edir.

Qanun layihəsinin müzakirəsində Medianın İnkişaf Agentliyinin rəhbəri Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər şəxslər iştirak edir.


Müəllif: Nemət

Oxşar xəbərlər