“Burada diplom tələbinin qoyulması doğru deyil. Ola bilsin ki, üçüncü kursda oxuyan tələbə yaxşı məqalələr yazır, işləyir. Bu halda onu nədən bu işdən çəkindirək?”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “Media haqqında” qanunun müzakirəsi zamanı deputat Nigar Arpadarai deyib.
Deputat eyni zamanda qeyd edib ki, qanun medianın tənzimlənməsini nəzərdə tutur: “Amma bizə tənzimlənmə ilə paralel medianın inkişaf da lazımdır. Biz bu haqda da düşünməliyik”.