20 Dekabr 2021 16:56
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Media haqqında” qanun layihəsi ilə əlaqədar olaraq böyük və geniş dinləmələr keçirildi. Hesab edirəm ki, bu müsbət haldır və yeni dinləmələrdə olacaq. Əhməd müəllim və digərlərindən də xahiş edirəm ki, dinləmələrdə iştirak etssinlər. Eyni zamanda hər bir təklifə diqqətlə baxılacaq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri spiker Sahibə Qafarova deyib.

Milli Məclis sədri bildirib ki, qanunla əlaqədar yenidən dinləmələr təşkil ediləcək: “Bizim müvafiq vatsap qruplarımız var. Müzakirədə iştirak etmək istəyən deputatların da burada iştirakı təmin edilsin. Biz məcbur olub dinləmələrin birini videokonfrans vasitəsilə keçirdik. Bu dəfə çalışacağıq ki, canlı dinləmələr təşkil olunsun”.

Daha sonra ikinci oxunuşun fəlsəfəsindən irəli gələrək “Media haqqında” qanun layihəsi fəsil-fəsil səsverməyə çıxarılaraq qəbul edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər