22 Dekabr 2021 17:53
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev müharibə və sülh dövrünün qəhrəmanıdır. Qısa müddətdə başa çatdırılan hərbi əməliyyatlarda respublikasının ərazi bütövlüyünü bərpasını təmin etmək, eyni zamanda, xalqının rifahını yüksəltmək, ölkəsini tərəqqiyə qovuşdurmaq nadir dövlət başçılarına qismət olur. Düşünürəm ki, Azərbaycan Prezidentinin 60 illik həyatının ən parlaq səhifələrini yazması məhz xalqının öz Liderinə olan inamı, yüksək etimadı ilə bağlıdır. Bu amil Prezident İlham Əliyevin görkəmli dövlət xadimi, güclü sərkərdə və böyük diplomat keyfiyyətlərini tamamladı, ərazi baxımından kiçik olan bir ölkəni qlobal miqyasda böyük Qələbəyə qovuşdurdu. Dünyada işğala məruz qalmış bəzi ölkələrdən fərqli olaraq, sonu bilinməyən danışıqlar prosesinin nəticə vermədiyini görən Azərbaycanın dövlət başçısı lazımi məqamda, geosiyasi və regional dəyişikliklər fonunda bütün məsuliyyəti öz üzərinə götürdü və xalqına böyük Zəfər yaşatdı.

Bu sözləri Misir Xarici Əlaqələr Şurasının üzvü, Qahirə Universitetinin Rusiya Araşdırmalar Mərkəzinin direktoru professor Nurhan əl-Şeyx söyləyib.

O əlavə edib: “Prezident İlham Əliyevin müdrikliyi ondadır ki, hətta müharibədə qazanılan tam Qələbədən sonra da məğlub ölkəyə dayanıqlı sülhü təmin etmək məqsədilə müqavilə imzalamağı, beynəlxalq və regional tərəqqi naminə müvafiq razılaşma əldə olunmasını təklif edir. O, bununla təkcə öz ölkəsinin deyil, eyni zamanda, Cənubi Qafqazın Lideri kimi regionun təhlükəsizliyini də möhkəmləndirmək istəyir”.

Tərəqqi, quruculuq, sülhpərvər missiyanı uğurla həyata keçirən Azərbaycan Prezidentinə uğurlar arzulayan professor bildirib: “Azərbaycan xalqı xoşbəxtdir ki, Prezident İlham Əliyev kimi Lideri var”./AZƏRTAC


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər