23 Dekabr 2021 00:25
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Biz Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli formatda müzakirəsini görürük, lakin bu məsələnin “3+3” formatında müzakirəsi üçün əsas olarsa, bu fürsətdən istifadə edərək bir-birimizin mövqelərini aydınlaşdıracağıq. Lazım gələrsə, biz həm Ankaraya, həm Bakıya getməyə, həm də bu ölkələrin nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazırıq”, - deyə o qeyd edib.

A. Qriqoryan qeyd edib ki, Ermənistan tərəfi regional məsələlər üzrə işləməyə və müzakirə təşkil etməyə hazırdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər