Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç arasında geniş tərkibdə görüş başa çatıb.
Teleqraf.com-un məlumatına görə, nazirlər görüşdən sonra birgə brifinq keçiriblər.
XİN başçıları danışıqların yekunları barədə sualları cavablandırıblar.
* * *
12:27
Azərbaycan və Bosniya və Herseqovina xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterində məlumat yayılıb.
Bildirilib ki, tərəflər arasında təkbətək görüş başa çatıb.