23 Dekabr 2021 16:42
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidentliyinə namizəd Valeri Pekresin Ermənistana və xüsusilə Xankəndiyə səfəri siyasi avantüra və siyasi popilizmdir. Bu addım Fransa daxili siyasətinin eybəcərliyini və bütün mənəvi-etik dəyərlərdən kənar olduğunu göstərir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun fikrincə, seçkilərdə Fransadakı erməni lobbisinin dəstəyini qazanmaq üçün Pekres açıq-aydın artistlik məharəti nümayiş etdirir: “Bu mənada V.Pekresin Ermənistana və Qarabağa səfər guya erməni xalqının yanında olduğunu göstərmək istəyi ilə bağlıdır. Fransa siyasətçiləri istər ölkə daxili, istərsə də xarici siyasət məsələlərində tarixən ermənilərdən istifadə ediblər. Pekresin və prezidentliyə digər namizəd Erik Zimmurun addımları bunun nümunələridir”.

Millət vəkili hesab edir ki, bu amil Fransanın daxili siyasətinin eybəcərliyi və çirkin seçkiqabağı mübarizə formalarının Cənubi Qafqaz regionuna daşınması regionda revanşizmi gücləndirir və kövrək sülhə qarşı təxribatdır: “Pekres-Zimmut və Fransa senatında olan digər ermənipərəstlərin münaqişəni yenidən alovlandırmaq, revanşizm və separatçılığı dəstəkləmək və ona dini don geyindirmək cəhdləri təhlükəlidir. Məsələyə xristian təəssübkeşliyi, səlibçi təşəfkürü və rasist orientalizm ideologiyası ilə baxmaq təhlükəli fəsadlar yarada bilər”.

Könül Nurullayeva hesab edir ki, Paşinyan Pekresin səfərinə şərait yaratmaqla özünün ən ciddi dəstəkləyicisi olan E.Makrona əsl düşmən münasibətini göstərib:

“Paşinyan həm ABŞ və qulluğunda durduğu, onu hakimiyyəıtə gətirən Sorosu, həm də Rusiyanı aldatdı. İndi isə Makronun ən ciddi rəqibi Pekresin dövlət protokol atributları ilə qəbul olunmasına şərait yaradan Paşinyan Makrona da xəyanət etdi. Eyni zamanda Qarabağa səfər Fransanın rəsmi mövqeyi kimi qəbul olunmur. Bu qadın Azərbaycanda arzuedilməz şəxslər siyahısıma daxil olunmalıdır. Həmçinin Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarının öz vəzifələrinin öhdəsindən gəlmədiyi və yaxud onların vəzifələrinə uyğun fəaliyyət göstərmədiyi təəssüratı formalaşır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər