24 Dekabr 2021 12:54
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün həqiqətən də xalqımız üçün önəmli gündür. Ölkə prezidentinin 60 illik yubileyidir. Mən də hörmətli spikerin və həmkarlarımın təbriklərinə qoşuluram. Həqiqətən də dünyada yüzlərlə xalq var. Amma bu xalqların heç də hamısı hüquqi dövlət, mülki cəmiyyət qura bilməyib”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın ən ağır dövrlərində, müstəqillik dövrünün ilk illərində Heydər Əliyev böyük layihələrə imzalar atdı: “Ölkəmizin ağır illərində biz İlham Əliyevi Heydər Əliyevin silahdaşı kimi onun yanında gördük, neft və digər istiqamətlərdə onun böyük işlər həyata keçirdiyini müşahidə etdik. Sonrakı dövrdə bu addımların çox vacib olduğu ortaya çıxdı və bunun nəticələrini gördük”.

Q.Həsənquliyev qeyd edib ki, bu gün də dünyada gərginliyin olduğu, regionda çətin konyukturaların şərti altında İlham Əliyevin həyata keçirdiyi siyasətin alternativi yoxdur: “İnanıram ki, onun apardığı işlər, islahatlar uğurla nəticələnəcək, biz Xankəndidə dövlət suverenliyimizi təmin edəcəyik. Mən prezidenti, onun ailə üzvlərini təbrik edirəm. Əminəm ki, xalqımızın qarşıda duran çətin işləri birlikdə həll edəcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər