"2021-ci ildə Azərbaycan müstəqil xarici siyasət yürütməkdə davam edib. Bu il Azərbaycanın xarici siyasət baxımından əsas prioritetləri regiondakı yeni reallıqlar fonunda münasibətlərin inkişaf etdirilməsi, həmçinin müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi olub".
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında bildirib.
“44 günlük müharibədə qazanılan qələbədən sonra regionda formalaşmış yeni reallıqlar konteksində Azərbaycan BMT, ATƏT, Aİ, Avropa Şurası, İƏT və bir sıra digər regional platformalar daxil olmaqla, bütün mümkün çərçivələrdən istifadə edərək öz mövqeyini dünya ictimaiyyətinə çatdırmağa çalışıb”, - Ceyhun Bayramov deyib.