27 Dekabr 2021 12:48
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hesab edirəm ki, bizdə gender bərabərliyi problemi mahiyyətcə gender mədəniyyəti problemidir. Daha çox gender mədəniyyəti problemi müzakirə edilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisdə “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında” (2020-ci il) hesabatının müzakirəsi zamanı deyib.

"Bir ayağımız Asiya, bir ayağımız Avropada üstəlik bir ayağımızda mental dəyərlər içində olduqca problemi həll edə bilməyəcəyik. Nazirlər Kabinetinin müvafiq sərəncamı var. Bu sənəd 2020-2025-ci illərdə cinsi seçimin qarşısını almağa hesablanıb. Bizdə 100 qız uşağına qarşı 114 oğlan uşağı doğulur. Cinayət Məcəlləsinin 154-cü maddəsində cinsi ayrı-seçkiliyə görə məsuliyyət nəzərdə tutur. Məncə, cinsi seçimə qarışan həm ana, həm də ata məsuliyyətə cəlb edilməlidir”, - deyə qeyd edib.

Deputat bildirib ki problemin həlli üçün ilk olaraq uşaqlardan başlamaq lazımdır.

“İnsan amilinə münasibət dəyişmədikcə bu problemlə üzləşəcəyik”,-F. Mustafa bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər