ABŞ erməni hərbçilərinin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayır.
Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun "Twitter" hesabında paylaşım edilib.
"2021-ci il noyabrın 16-da saxlanılan beş erməni hərbçinin dekabrın 29-da Azərbaycan tərəfindən geri qaytarılmasını alqışlayırıq.
Biz qalan i bütün saxlanılanların tam və tez zamanda azad edilməsi, meyitlərin dəyişdirilməsi və itkin düşənlərin axtarışı ilə bağlı tərəflərə çağırırıq. Biz beynəlxalq öhdəliklərə uyğun olaraq məhbuslarla humanist rəftarın vacibliyini vurğulayırıq", - deyə paylaşımda bildirilib.