30 Dekabr 2021 11:21
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər gün bir milyondan çox insan 2, 3, bəzən 4 saat tıxacda qalır. Əvəllər Bakıda pik saatlar olurdu. Bilinirdi ki, səhər və ya axşam tıxaclar olur. İndi belə anlayış yoxdur. İstənilən saatda tıxacda qalırsan. Bunun səbəbi doğru idarə olunmamaqla bağlıdır. Məncə, bu işlə məşğul olan qurumların 2022-ci ildə məsələni necə həll edəcəyinə dair çıxıb məlumat verməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, indi intellektual idarəetmə yaratmaq əvəzinə primitiv cərimə yığma mövcuddur:

“Nə dayanacaq, nə park nə də ictimai nəqliyyatın alternativləri yaradıldı. Nəticədə ictimai nəqliyyatı inkişaf etdirə bilmədik. Bir məmur səhər saat 09:00-da işdə olmalıdırsa, ən yaxşı halda 07:00 da yola çıxmalıdır. Çünki ictimai nəqliyyatda necə gedəcəyini bilmir. Hesab edirəm ki, bu problem həll olunmalıdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər