Milli Məclisin payız sessiyası Azərbaycan dövlət himninin oxunması ilə başa çatıb.
Teleqraf.com xəbər verir ki, spiker Sahibə Qafarova hesabat xarakterli çıxış edib.
Bildirib ki, Milli Məclisin payız sessiyasında 16 plenar iclası keçirilib. Ümumilikdə isə 2021-ci ildə 38 plenar iclas keçirilib.
Spiker bildirib ki, bu müddət ərzində parlament tərəfindən bir çox vacib yeni qanunlar qəbul edilib, bir sıra qanunlara isə əlavə və dəyişikliklər edilib: “Milli Məclis qanunvericiliklə nəzərdə tutulan səlahiyyətlərini tam həcmdə yerinə yetirib".