“Balkan, Qafqaz, Orta Asiya, Yaxın Şərq və Afrika regionları ilə güclü əlaqələrimiz daha da dərinləşəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
“Türkiyə hər sahədə öz imkan və qabiliyyətini artırmaqla yanaşı, müttəfiqlik əlaqələrini gücləndirməkdə davam edir. Bu balans siyasəti böhranların həllində əlimizi gücləndirəcək. Düşünürəm ki, yeni təşəbbüslər və normallaşma addımları bizim regional və qlobal mövqeyimizi gücləndirəcək. Balkan, Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq və Afrika regionları ilə güclü əlaqələrimiz daha da dərinləşəcək. Düşünürəm ki, Türkiyənin bu strateji mövqeyi yaxın 10 ildə də qüvvədə qalacaq”, - prezidentin sözçüsü qeyd edib.