5 Yanvar 2022 18:36
2 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ehtimal edirəm ki, 2022-ci ildə Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya və delimitasiya prosesinə başlanılacaq. Qənaətimcə, 2022-ci ildə dövət sərhədlərinin dəqiq müəyyən edilməsi ilə paralel olaraq Qazax rayonunun yeddi kəndi, Naxçıvan istiqamətindəki Kərki kəndinin geri qaytarılması baş verəcək. Proseslər indiki sürətlə gedərsə, biz yaxın vaxtlarda Ermənistanın rəsmi şəkildə Azərbaycan dövlət sərhədinin tanınmasını müşahidə edə bilərik”.

Bunu Teleqraf.com-a “Ayna-zerkolo” qəzetinin təsisçisi, analitik Elçin Şıxlı bu il Qarabağla bağlı gözləntilərini açıqlayarkən deyib.

O əlavə edib ki, Xankəndi və ətrafında yaşayan ermənilərin burada qalaraq Azərbaycan vətəndaşlığını qəbul etməsini, əks-təqdirdə o əraziləri tədricən tərk etməsini də gözləyir:

“Qənaətimcə biz 2022-ci ildə işimizi əsasən bu istiqamətdə qurmalıyıq”.

Analitik bildirib ki, bununla yanaşı Qarabağda bərpa işlərini hazırlamalı və qayıdışı həyata keçirməliyik:

“İndi işğaldan azad edilən ərazilərimizdə bərpa işləri həyata keçirilir. Ağıllı kənd, ağıllı qəsəbə və ağıllı şəhər tipli layihələrimiz var. Hamımız istəyirik ki, Qarabağda gerçəkdən bütün işlərimizi ağıllı və sistemli şəkildə həyata keçirək. Nəticədə uzun illərdir ölkəmizin müxtəlif ərazilərinə sığınan və köçkün olan əhalimiz də tədricən dədə-baba torpaqlarına qayıda bilsin. Bunun üçün də infrastruktur layihələri həyata keçirilməlidir, halbuki bu iş gedir. Həmçinin avtomobil yolları ilə yanaşı dəmiryollarını sürətlə inkişaf etdirməliyik. Ümumən Azərbaycanın inkişaf etməsi, əhalinin ancaq Bakıya toplanmaması üçün regionlarımıza gediş-gəlişin daha asan və daha tez olmasını vacib sayıram”.


Müəllif: Nemət

Oxşar xəbərlər