Qazaxıstanda məlum hadisələr baş verib. Bu hadisələr fonunda ölkə rəhbəri Tollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi birləşmələrini yardıma çağırıb. Həmin hərbi heyətin içərisində 70 nəfər erməni əsgəri də yer alıb. Ermənistan rəhbərliyinin verdiyi son məlumata görə onların sayını artırılması da planlaşdırılır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O qeyd edib ki, əslində bu 70 nəfərlik erməni əsgərinin “sülhməramlı missiyanın” tərkibində olması özü paradoksdur: “Erməni əsgəri və “sülhməramlılıq” bir-birinin əksi olan bir haldır. Erməni əsgəri Qazaxıstanda “sülh”, “əminamanlıq” yaradacaqsa, bu yəqin ki, bu dünya möcüzələrindən biri olacaq. Onlar II Qarabağ müharibəsində Azərbaycan əsgərinin qarşısında diz çökmüş, iməkləmiş, sürünə-sürünə qaçmış, ağ bayraq qaldırmış bir məğlub ordunun tör-töküntüləridir. Ona görə də, belə bir ordunun “sülhyaradıcı” prosesə töhvə verəcəyi də absurddur”.
Millət vəkili hesab edir ki, erməni hərbiçilərinin Qazaxıstandakı “missiyası” ilə bağlı sosial şəbəkələrin Ermənistana aid seqmentində onların əsl fəaliyyətinin nədən ibarət olduğu indidən açıqlanır: “Qazaxıstanda Qarabağ müharibəsinin əvəzini çıxmaq, II Xocalı soyqırımı törətməklə bağlı və digər absurd iddialar ermənilərə sosial şəbəkələrdə tirajlanır. Sözsüz ki, qazax xalqı bu cür açıqlamaları da görür”.