Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulması münasibətilə sosial şəbəkədə paylaşım edib.
Teleqraf.com xəbər verir ki, paylaşımda qeyd olunub:
"Bu gün Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. "Bir millət iki dövlət" şüarına əsaslanan və dünyada bənzəri olmayan Azərbaycan -Türkiyə qardaşlığı sarsılmazdır, əbədidir!"