14 Yanvar 2022 16:33
2 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin Rusiyada keçirilən görüşü ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, açıqlamada tərəflərin heç bir ilkin şərt olmadan tam normallaşma məqsədi ilə danışıqları davam etdirməyə razı olduqları bildirilib.

Nazirlikdən verilən açıqlamada qeyd olunub:

“Türkiyə və Ermənistan arasında normallaşma prosesinin xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan 2022-ci il yanvarın 14-də Moskvada görüşüb.

Müsbət və konstruktiv atmosferdə keçən ilk görüşdə xüsusi nümayəndələr Türkiyə və Ermənistan arasında dialoq yolu ilə həyata keçiriləcək normallaşma prosesi ilə bağlı ilkin fikir mübadiləsi aparıblar. Tərəflər ilkin şərt olmadan tam normallaşma məqsədi ilə danışıqları davam etdirməyə razılaşıblar.

Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi daha sonra diplomatik kanallar vasitəsilə müəyyən ediləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər