18 Yanvar 2022 10:29
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox vacib məsələlərə toxundu. Dövlət başçısının toxunduğu məsələlərdən biri də məmurların fəaliyyəti ilə bağlı idi. Ölkə rəhbəri bir daha bütün məmurlara ciddi xəbərdarlıq etdi, neqativ hallara yol verməməyi xüsusi tapşırdı, onların fəaliyyətinə həm ictimai, həm də media nəzarətinin olmasının əhəmiyyətini xüsusi vurğuladı. Bu baxımdan Prezident Administrasiyası ilə yanaşı ictimaiyyətin və medianın da dövlət qurumlarının və məmurların fəaliyyətinə nəzarəti xüsusi əhəmiyyət daşıyır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, ölkə başçısı bir sıra məlumatları mediadan alaraq müəyyən tapşırıq və göstərişləri verir:

“Bu həm də Prezidentin cəmiyyətdə gedən prosesləri xüsusi diqqətdə saxladığının, onlara həssas münasibətinin göstəricisidir. Media nümayəndələri də zaman-zaman cəmiyyətdə, dövlət qurumlarının fəaliyyətində müşahidə olunan neqativ hadisələri müşahidə edərək obyektiv işıqlandırımalı öz reaksiyasını verməlidir”.

Millət vəkili hesab edir ki, bu təkcə bir qurumun deyil, həm də cəmiyyətin üzərinə düşən mühüm vəzifədir:

“Cəmiyyət özü də bu kimi məsələlərdə çox həssas olmalı və yeri gəldikcə reaksiya verməlidir. Bununla cəmiyyətdə gedən proseslərə dövlət qurumları ilə yanaşı, həm ictimaiyyətin, həm də medianın nəzarətini təmin emiş olarıq”.


Müəllif: Tapdıq Qurbanlı