27 Yanvar 2022 14:03
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın məşhur iş adamı Hafiz Məmmədov barədə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, o, böyük məbləğdə vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmaqda ittiham edilir. Sahibkar barədə həbs qətimkan tədbiri seçilib.

Hafiz Məmmədov Qaynarinfo-ya açıqlamasında saxlanılması ilə bağlı məlumatın həqiqətəuyğun olmadığını deyib:

"Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.

Hafiz Məmmədov indiyədək şirkətlərinin vergi borcu olmadığını da deyib: "Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm”.


Müəllif: Teleqraf.com