27 Yanvar 2022 14:15
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Preziddenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna mövzusunda təşəbbüsünü qəbul edib.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Prezident Ərdoğan Ukrayna böhranını yoluna qoymaq üçün Rusiya və Ukrayna prezidentlərinə Türkiyədə görüşməyi təklif etmişdi.

Kremldən verilən açıqlamada Putinin Ərdoğanın dəvətini qəbul etdiyi və Türkiyəyə gələcəyi bildirilib. Dəqiq tarix bildirilməsə də, planlaşdırmanın koronavirus epidemiyası və təqvimə uyğun aparılacağı qeyd olunub.

Prezident Ərdoğan dünənki açıqlamasında Rusiya Prezidenti Vladimir Putini Türkiyəyə dəvət etdiklərini bildirərək deyib ki, onunla ikitərəfli görüş keçirib bəzi addımlar atmaq istədiklərini vurğulamışdı.


Müəllif: Nemət

Oxşar xəbərlər