Türkiyə ilə Azərbaycan arasında "Şuşa Bəyannaməsi" təsdiq olunmaq üçün Türkiyə Böyük Millət Məclisinin Sədrliyinə çatdırılıb.
Teleqraf.com xəbər verir ki, sənəd təsdiq olunması üçün TBMM-in Xarici Əlaqələr Komitəsinə göndərilib.
Qeyd edək ki, bu gün Azərbaycan Milli Məclisi "Şuşa Bəyannaməsi"ni təsdiq edib.
Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.