Azərbaycan və Macarıstan milli kitabxanaları arasında əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də yazıb.
Anlaşma memorandumunu Azərbaycan tərəfdən xarici işlər naziri Ceyhun Bayramov, Macarıstan tərəfindən isə bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb.