4 Fevral 2022 00:43
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson tviterdəki hesabında sabah Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin səkkizinci Məşvərət Şurası, habelə keçirəcəyi görüşlərlə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, komissar nazirlərlə ikitərəfli görüşlərinin olacağını deyib.

“Sabah Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin səkkizinci Məşvərət Şurasına həmsədrlik edəcəm. Həmçinin nazirlərlə ikitərəfli görüşlərim olacaq.

Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığı zamanında təsdiqləmək üçün fürsətdir”, - o yazıb.

Qeyd edək ki, Kadri Simson, Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 8-ci iclasında iştirak etmək üçün bu gün Bakıya gəliblər.

K.Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə Məşvərət Şurasının iclasına həmsədrlik edəcək. Onlar həm də ikitərəfli şəkildə görüşəcək və sonda mətbuat konfransı keçirəcəklər.

Komissar həmçinin ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmezlə görüşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər